...

Azərbaycan vətəndaşlrının Türkiyədə aldığı daşınmaz əmlak çoxalıb

Gündəm Materials 19 İyul 2022 15:58 (UTC +04:00)
Azərbaycan vətəndaşlrının Türkiyədə aldığı daşınmaz əmlak çoxalıb

Bakı. Trend:

2022-ci ilin yanvar-iyun aylarında Azərbaycan vətəndaşları Türkiyədə 702 daşınmaz əmlak satın alıblar ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 109 obyekt daha çoxdur.

TurkicWorld bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanına istinadən məlumat verir.

Məlumata görə, 2022-ci ilin iyun ayında Azərbaycan vətəndaşları Türkiyədə 131 daşınmaz əmlak alıblar ki, bu da 2021-ci ilin iyun ayı ilə müqayisədə 33 obyekt azdır.

2022-ci ilin iyun ayında Türkiyədə 150 min 509 əmlak satılıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 11,7 faiz çoxdur. İyun ayında Türkiyədə əcnəbilərə 8 min 630 əmlak satılıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 81,9 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti