...

Bərdədə yolu keçmək istəyən 3 azyaşlını maşın vurub (FOTO)

Gündəm Materials 24 İyul 2022 15:31 (UTC +04:00)
Bərdədə yolu keçmək istəyən 3 azyaşlını maşın vurub (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Bərdədə yolu keçmək istəyən 3 azyaşlını maşın vurub.

Trend-in məlumatına görə, hadisə rayonun Qaradəmirçi kəndində qeydə alınıb.

Kənd sakinləri 7 yaşlı Səfərov Vəli Füzuli oğlu, 14 yaşlı Səfərova Leyla Füzuli qızı və 6 yaşlı Məmmədov Ümüd Şakir oğlu yolu keçmək istəyən zaman onları "Moskviç" markalı minik avtomobili vurub.

Qəza nəticəsində hər 3 yaralı hadisə yerinə cəlb olunan təcili tibbi yardım maşını ilə Bərdə rayon Diaqnostika mərkəzinə çatdırılıblar. Vəziyyətləri orta ağır qiymətləndirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti