...

MİQ imtahanlarında sualların əvvəlcədən yayılması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək

Gündəm Materials 27 İyul 2022 11:40 (UTC +04:00)
MİQ imtahanlarında sualların əvvəlcədən yayılması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Müəllimlərin işə qəbulu imtahanlarında riyaziyyat fənnindən sualların başqa tərəfə verilməsi yolverilməzdir.

Trend-in məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" və digər məsələlərlə bağlı media üçün brifinqdə deyib.

Nazir bildirib ki, Təhsil Nazirliyi imtahanların şəffaf keçirilməsində maraqlıdır: "Müəlliflə aramızda məxfilik müqaviləsi imzalanır. Müəllif də buna əməl etməlidir. Bununla bağlı lazımı addımların atılması üçün hüquq-mühafizə orqanlarına müraciət ediləcək. Sualların satılması ilə bağlı məsələ araşdırılır. Biz nöqsanın səbəbini araşdırırıq. Hansısa müəllim məsuliyyətsizliyə yol verib və bu məsuliyyətsizliyi hüquq-mühafizə orqanları ilə müəyyən ediləcək. Bir nəfərin məsuliyyətsizliyi 4 min insanın əməyini yerə vurub”, - deyə nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti