...

Ordu ilə bağlı informasiyaların yayılmasında hər kəs diqqətli olmalıdır - Aydın Quliyev

Gündəm Materials 28 İyul 2022 12:20 (UTC +04:00)
Ordu ilə bağlı informasiyaların yayılmasında hər kəs diqqətli olmalıdır - Aydın Quliyev
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda geniş media imkanlarından sui-istifadə hallarına birmənalı şəkildə yol vermək olmaz.

Trend-in məlumatına görə, bunu "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev Mətbuat Şurasında keçirilən tədbirdə deyib.

O qeyd edib ki, Vətən müharibəsində Azərbaycan mediasının böyük rolu olub. “Baxmayaraq ki, müharibə başa çatıb, lakin informasiya müharibəsi bu gün də davam edir və bu müharibədə heç kim məsuliyyətini bir saniyə də kənara qoymamalıdır.

Ordu və digər xüsusi məsələlərlə bağlı informasiyaların yayılmasında tələskənliyə yol vermək olmaz. Bəzən kimsə qabağa keçmək, reytinq toplamaq üçün sui-istifadə hallarına yol verir, lakin bu məsələdə hər kəs diqqətli olmalıdır”, - deyə A.Quliyev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti