Bakı.Tend:
Bakı Ağır Cinayətlər Məhkəməsində Sabunçu qəsəbəsində 2 yaşlı uşağı oğurlamaqda təqsirləndirilən Gültəkin Muradovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Trend-in məlumatına görə, prosesdə ifadə verən təqsirləndirilən şəxs bildirib ki, əsassız həbs olunub.
G.Muradovanın vəkili məhkəmədə vəsatət qaldırıb ki, iş təkrar istintaqa qaytarılsın, yenidən araşdırma aparılsın. Vəkilin sözlərinə görə, uşağın valideynlərinin həyat tərzi onların ifadələrini şübhə altına almağa əsas verir: “O cür adamların dediklərinin doğruluğunu yoxlamadan kiməsə ittiham vermək doğru deyil. İstintaq materiallarında da var, onlarda narkomaniya xəstəliyi aşkarlanıb”.
Hakim cinayət işini təkrar istintaqa qaytarmadan imtina edərək bildirib ki, təqsirləndirilən tərəfin qaldırdığı məsələlər məhkəmə prosesi zamanı araşdırılacaq.
İttihama görə, 2021-ci il dekabrın 29-da Məhəmməd Şıxəliyevin oğurlanması barədə polisə şikayət daxil olub. Uşaq yanvarın 8-də tapılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisədən
sonra Məhəmməd da daxil olmaqla, bu ailənin övladları dövlət
qurumlarının qərarıyla sığınacağa yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən G. Muradova saxlanılıb. Ona
qarşı Cinayət Məcəlləsinin144.3 (adam oğurluğu - yektinlik yaşına
çatmayan şəxsə qarşı törədildikdə) maddəsilə ittiham elan
edilib.