Bakı. Trend:
Avropa İttifaqı (Aİ) Avropa Diplomatik Akademiyasının yaradılması üzrə pilot layihəyə başlayır ki, bu da Aİ-nin prinsipləri və maraqlarının dünyada təşviqi üçün kadr bazasına çevrilmək üçün nəzərdə tutulub.
Trend-in məlumatına görə, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
"Mürəkkəb böhranların yaşandığı daha mürəkkəb dünyada Aİ-nin diplomatik səsinin daha yüksək səslə eşidilməsinə ehtiyac var", - deyə J.Borrel bildirib.
Tədris kursu Brüsseldəki Aİ-nin Avropa təsisatlarında, həmçinin NATO kimi Avropanın xarici və təhlükəsizlik siyasəti ilə bağlı təşkilatlarda müntəzəm təcrübəni əhatə edəcəkdir.