...

Ötən ay 464 hektardan çox ərazi minadan təmizlənib

Gündəm Materials 3 Oktyabr 2022 13:13 (UTC +04:00)
Ötən ay 464 hektardan çox ərazi minadan təmizlənib

Bakı. Trend:

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatlar barədə həftəlik statistik məlumatları açıqlayıb.

ANAMA-dan Trend-ə verilən məlumata görə, sentyabrın 1-dən 30-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 1695, tank əleyhinə 747 mina və 1363 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 464.06 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti