...

Qarabağ Azərbaycanın əsas turizm zonalarından birinə çevriləcək - Emin Hüseynov

Gündəm Materials 8 Oktyabr 2022 10:38 (UTC +04:00)
Qarabağ Azərbaycanın əsas turizm zonalarından birinə çevriləcək - Emin Hüseynov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Naftalan. Trend:

Qarabağ Azərbaycanın əsas turizm zonalarından birinə çevriləcək.

Trend xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Naftalan - Sağlamlıq və turizmin sinerji mənbəyi. Regionda yeni rellıqlar" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.

Onun sözlərinə görə, hazırda həmin istiqamətdə ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanılıb.

"Belə ki, Tərtər rayonunun Suqovuşan qəsəbəsinin, Xocavənd rayonunun Tuğ kəndi və Hadrut qəsəbəsinin turizm inkişaf konsepsiyaları artıq hazırlanıb. Eyni zamanda, Ağdam şəhərində özəl şirkətlər tərəfindən otellərin tikinti prosesinə artıq başlanılıb. Bütövlükdə, Qarabağ regionu turizmin müxətlif növlərinin inkişafı ilə bağlı zəngin resurslara, geniş imkanlara malikdir. ", - deyə E. Hüseynov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti