...

Emin Hüseynov Naqasaki meri ilə ikitərəfli əlaqələrin inkişafını müzakirə edib (FOTO)

Gündəm Materials 21 Oktyabr 2022 00:30 (UTC +04:00)
Emin Hüseynov Naqasaki meri ilə ikitərəfli əlaqələrin inkişafını müzakirə edib (FOTO)

Bakı. Trend:

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Yaponiyanın Hiroşima şəhərinə səfər çərçivəsində Naqasaki meri ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə E.Hüseynov cümə axşamı özünün "Twitter" səhifəsində yazıb.

"Yaponiyanın Hiroşima şəhərinə səfər çərçivəsində Naqasaki meri ilə görüş keçirilib və ikitərəfli əlaqələrin inkişafı müzakirə olunub. Daha sonra Hiroşima Sülh Memorial Muzeyinə səfər olunub və məşhur “Asahi Şimbun” qəzetinə müsahibə verilib", - deyə E.Hüseynov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti