Bakı. Trend:
Argentinalı həkimlər son yeddi gündə 12 000-dən çox koronavirusa yoluxma halını təsdiqləyiblər ki, bu da bir həftə əvvəlkindən təxminən dörd dəfə çoxdur.
Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi öz "Twitter" səhifəsində yazıb.
"Bir həftə ərzində 12 609 hal təsdiqlənib, ümumi yoluxma sayı 9 739 856 təşkil edir", - deyə bildirilib. Noyabrın 20-dən 27-dək Argentinada 3323 yoluxma halı aşkar edilib.
Nazirlikdən bildiriblər ki, bir həftə ərzində 9 nəfər koronavirusdan ölüb. Ölənlərin ümumi sayı 130 034 nəfərə çatıb.