...

Sülhməramlılara aid daha iki minik maşını Laçın yolundan keçib (FOTO)

Gündəm Materials 10 Yanvar 2023 10:38 (UTC +04:00)
Sülhməramlılara aid daha iki minik maşını Laçın yolundan keçib (FOTO)

Şuşa. Trend:

Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası 30-cu gündür ki, davam edir.

Trend-in Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Şuşa-Xankəndi yolundan növbəti dəfə sülhməramlılara aid iki minik maşını Xankəndidən Laçın istiqamətinə maneəsiz keçib.

Qeyd edək ki, bundan öncə də gün ərzində sülhməramlılara aid bir neçə təminat maşının keçidinə şərait yaradılıb

Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 30 gündür davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti