...

Abşerondakı yanğın məhdudlaşdırılıb (FOTO/VİDEO)

Gündəm Materials 11 Yanvar 2023 12:36 (UTC +04:00)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində Abşeron rayonu, Məmmədli kəndində yerləşən yeddimərtəbəli yaşayış binasındakı yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Bu barədə Trend-ə FHN-dən məlumat verilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yanğınla mübarizə tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin ümumilikdə 25-ə yaxın texnika və 130 nəfərə yaxın canlı qüvvəsi cəlb olunub.
Əlavə məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti