...

Koronavirusa qarşı vurulan peyvəndlər mövsümi qriplərə qarşı effektiv deyil - Nazir

Gündəm Materials 20 Yanvar 2023 09:28 (UTC +04:00)
Koronavirusa qarşı vurulan peyvəndlər mövsümi qriplərə qarşı effektiv deyil - Nazir
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı . Trend:

Koronavirusa qarşı vurulan peyvəndlər mövsümi qriplərə qarşı effektiv deyil.

Trend-in məlumatına görə, bunu bu gün Şəhidlər Xiyabanında jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib

Nazir bildirib ki, COVID-19 əleyhinə olan vaksinlər məhz həmin virus üçün idi.

"Əminliklə deyə bilərik ki, 3 doza vaksin alanlar koronavirusun yeni yaranan ştamlarına qarşı qoruyuculuğa malikdirlər. Onlar yoluxsa belə, xəstəliyi yüngül keçirirlər".

Qeyd edək ki, hazırda TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində influenza virusuna (qrip) qarşı vaksinasiya aparılır. Ötən ilin dekabr ayının 15-dən etibarən 13 008 nəfər qrip xəstəliyinə qarşı vaksin olunub. Bakı şəhəri üzrə bu rəqəm 2 843 nəfər təşkil edib.

Arzu edən şəxslər vaksin üçün qeydiyyatda olduqları tibb müəssisəsinə müraciət edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti