...

BQXK-ya məxsus avtomobillər Laçın yolundan keçib (FOTO)

Gündəm Materials 24 Yanvar 2023 09:14 (UTC +04:00)
BQXK-ya məxsus avtomobillər Laçın yolundan keçib (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Şuşa. Trend:

Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 6 avtomobil Laçın yolundan keçib.

Trend-in aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, BQXK-yə məxsus 6 minik avtomobili Laçın yolundan maneəsiz keçməsi üçün şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 44 gündür davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti