...

Türkiyə səfiri Orxan Əsgərovun yas mərasimində iştirak edib (FOTO)

Gündəm Materials 28 Yanvar 2023 16:02 (UTC +04:00)
Türkiyə səfiri Orxan Əsgərovun yas mərasimində iştirak edib (FOTO)

Bakı. Trend:

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu nəticəsində həlak ola Orxan Əsgərovun yas mərasimində iştirak edib.

Trend-in məlumatına görə, bu barədə səfir tvitter səhifəsində paylaşım edib.

"Hərbi attaşemiz, müşavirlərimiz və diplomatlarımızla birlikdə şəhid qardaşımız Orxan Əsgərov üçün qurulmuş yas çadırında olduq, atası Rızvan Əsgərova, əmisi və yaxınlarına başsağlığı verdik. Türkiyə hər zaman Azərbaycanla bir yerdədir və onun yanındadır", - səfir yazıb.

Xatrıladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti