...

General Səhlab Bağırov Çevik Polis Alayının komandiri vəzifəsindən azad edilib

Gündəm Materials 30 Yanvar 2023 18:18 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

General-mayor Səhlab Bağırov Daxili İşlər Nazirliyi Əlahiddə Çevik Polis Alayının komandiri vəzifəsindən azad edilib.

Trend xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb.

Bu barədə məlumatı Trend-ə Daxili İşlər Nazirliyindən təsdiqləyiblər.

Qeyd edək ki, Bağırov Səhlab Əloş oğlu 1963-cü ildə Naxçıvan şəhərində anadan olub. 1988-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1999-cu ildə isə DİN-in Polis Akademiyasını bitirib. 1994-cü ildən daxili işlər orqanlarında müxtəlif məsul vəzifələrdə xidmət etmişdir. Nərimanov Rayon Polis İdarəsinin, Baş Cinayət Axtarış İdarəsinin, Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, DİN-ə bilavasitə tabe olan Çevik Polis Alayının komandiri, 2011-2019-cu illərdə isə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifələrində çalışıb 2019-cu ilin yanvar ayından AR Daxili İşlər Nazirliyi Əlahiddə Çevik Polis Alayının komandiri vəzifəsində çalışır. Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2013-cü il tarixli Sərəncamı ilə Səhlab Bağırova "Polis general-mayoru" ali xüsusi rütbəsi verilib. 2002-ci ildə «İgidliyə görə» medalı, 2011-ci ildə “Azərbaycan bayrağı” ordeni, 2015-ci ildə isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Xəbər lenti

Xəbər lenti