...

Rusiya sülhməramlılarına aid daha 3 yük avtomobili Laçın yolundan keçib (FOTO)

Gündəm Materials 1 Fevral 2023 10:07 (UTC +04:00)
Rusiya sülhməramlılarına aid daha 3 yük avtomobili Laçın yolundan keçib (FOTO)

Şuşa. Trend:

Bu gün Rusiya sülhməramlılarına məxsus 3 yük avtomobili Laçın yolundan keçib.

Trend-in aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, avtomobilin maneəsiz hərəkət etməsi üçün şərait yaradılıb. 3 yük maşını Xankəndindən Laçın istiqamətinə maneəsiz keçid edib.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 52 gündür davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti