...

Müraciət dövründə jurnalist işləməyən Əməkdar jurnalistlər Media reysterində qeydiyyata alınmır

Gündəm Materials 6 Fevral 2023 16:10 (UTC +04:00)
Müraciət dövründə jurnalist işləməyən Əməkdar jurnalistlər Media reysterində qeydiyyata alınmır

Bakı. Trend:

Media subyekti ilə əlaqəsi olmayan və müraciət dövründə jurnalist işləməyən Əməkdar jurnalistlər Media reysterində qeydiyyata alınmır.

Trend-in məlumatına görə, bunu Mətbuat Şurasının toplantısında MEDİA Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.

O bildirib ki, əməkdar jurnalistlər, sabiq jurnalistlərin qeydiyyatı o halda mümkündür ki, onlar Reyestrə mütaciət etdikləri vaxtda aktiv jurnalist fəaliyyəti ilə məşğul olsun: "Çünki onlar vaxtında jurnalist işləsələr də hazırda işləmir. Yəni hazırda media subyekti ilə əməkdaşlıq etməyən şəxs jurnalist kimi Media reysterində qeydiyyata alına bilməz".

Ə. İsmayılov həmçinin bildirib ki, hazırda Mətbuat Şurasında işləyən şəxslər də jurnalist hesab edilmədiyindən onlar da Media reysterində qeydiyyata alınmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti