Bakı. Trend:
Azərbaycan Türkiyədə baş verən zəlzələdən zərər çəkənlər üçün növbəti dəfə yardım göndərib.
Trend-in məlumatına görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, bu məqsədlə növbəti yardım təyyarəsi Türkiyəyə yol düşüb.
3 konteynerdən ibarət yardım paketi çadırlar, adyal və qızdırıcılar, eləcə də mobil səhra hospitalından ibarətdir.
Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Zəlzələ nəticəsində ölənlərin sayı 3381 nəfərə çatıb, daha 20426 nəfər yaralanıb.
Baş verən təbii fəlakətlə əlaqədar Türkiyə 7 günlük matəm elan olunub.