...

“Microsoft” axtarış sisteminin süni intellektə əsaslanan versiyasını təqdim edib

Gündəm Materials 8 Fevral 2023 11:55 (UTC +04:00)
“Microsoft” axtarış sisteminin süni intellektə əsaslanan versiyasını təqdim edib
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Microsoft” şirkəti “Bing” axtarış sisteminin və süni intellekt əsasında yaradılmış “Edge” brauzerinin yeni versiyalarını təqdim edib.

Trend-in məlumatına görə, qeyd olunur ki, axtarış sistemi 1000 simvola qədər sorğuları qəbul edə, həmçinin istifadəçi sorğularına mətn cavabları tərtib edə biləcək.

Bundan əlavə, “Bing” “Prometheus botu” 100 dildə sorğuları qəbul edə biləcək. “Microsoft” tərtibatçıları axtarış sisteminin imkanlarının “ChatGPT” çat botunun imkanlarından üstün olduğunu bildiriblər

Şirkət “Bing”-in “Edge” brauzerinin yeni versiyalarında qurulacağını dəqiqləşdirib. Bundan əlavə, “Microsoft” “Windows” əməliyyat sistemində köməkçi kimi axtarış sistemi qurmağa hazırlaşır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti