...

Türkiyədəki zəlzələdə 10 nəfər Azərbaycan vətəndaşı həlak olub - ADLAR

Gündəm Materials 15 Fevral 2023 11:57 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə zəlzələdə həlak olan Azərbaycan vətəndaşlarının sayı 10-a çatıb.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Həlak olan Azərbaycan vətəndaşları:

1) 1980-ci il təvəllüdlü Bünyatova Nailə Aydın qızı
2) 1973-cü il təvəllüdlü Məmmədova (Ökten) Rəna Xudaverdi qızı
3) 1975-ci il təvəllüdlü Məmmədova Sevinc Eldar qızı
4) 1976-cı il təvəllüdlü Karlı Leyla Vahid qızının
5) 1974-cü il təvəllüdlü Həsənzadə İlahə Hüseynağa qızı
6) 2002 təvəllüdlü İsmayıllı Hümam Fəxri oğlu
7) 2000-ci il təvəllüdlü Nəzərzadə Gündüz Mübariz oğlu
8) 2000-ci il təvəllüdlü Quliyev Samir Həsən oğlu
9) 1950-ci il təvəllüdlü Qocayeva Lida Süleyman qızı
10) 2001-ci il təvəllüdlü Şahin Vəliyev Nail oğludur

Həlak olan Azərbaycan vətəndaşlarının cənazələrinin sabah Azərbaycana gətirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti