...

Cəbrayıl və Qubadlıda kəndlərin layihələndirilməsinə başlanıb

Gündəm Materials 18 Fevral 2023 13:30 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Zəngilan. Trend:

Cəbrayıl və Qubadlı rayonlarında kəndlərin layihələndirilməsinə başlanıb.

Trend-in məlumatına görə, bunu bu gün Zəngilan rayonuna mediatur zamanı Prezidentin Cəbrayıl, Zəngilan və Qubadlı Rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.

Onun sözlərinə görə, Cəbrayıl və Qubadlıda kəndlərin ilkin layihəsi formalaşdırılıb. Hər bir rayonda ən azı 2 kəndin layihəsi hazırlanmalıdır. Amma bu il daha çox kəndlərin layihələndirilməsi həyata keçiriləcək.

"Bütün bunlar mərhələli şəkildə olmalıdır. Tikinti işləri isə azı il yarım çəkəcək. Ümumilikdə, bu ərazilərin tikintisi və sakinlərin köçürülməsi 2022-2026-cı il Dövlət Proqramı çərçivəsində reallaşacaq. Bu illər ərzində minlərlə insanın bu ərazilərə köçürülməsi planlaşdırılır", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti