...

“SpaceX” dünyanın istənilən yerində “Starlink”ə qoşula biləcək paketi sınaqdan keçirir

Gündəm Materials 21 Fevral 2023 13:41 (UTC +04:00)
“SpaceX” dünyanın istənilən yerində “Starlink”ə qoşula biləcək paketi sınaqdan keçirir
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“SpaceX” dünyanın istənilən yerində “Starlink”ə qoşula biləcək paketi sınaqdan keçirir.

Trend-in məlumatına görə, şirkətin açıqlamasında bildirilir ki, “Global roaming” adlı abunə paketi dünyanın istənilən yerində işləyə bilər.

Qeyd edək ki, “Starlink” İlon Maskın kosmik nəqliyyat şirkəti “SpaceX”in üzərində çalışdığı layihələrdən biridir. Ən sadə dillə desək, yerin yaxın orbitində yerləşdirilmiş minlərlə peykdən internetə çıxış imkanı verən bu layihə dünyanın bir çox yerində aktiv şəkildə istifadə olunur.

“Starlink”in üzvü olan istifadəçi 599 dollara çanaq antenasına bənzər avadanlıq almalıdır. Bu dəsti alan istifadəçi ayda əlavə 200 dollar ödəməyə razı olarsa, "Starlink"dən dünyanın istənilən yerində istifadə edə biləcək. Ancaq bunun necə mümkün olacağı bəlli deyil.

“Starlink” hansı ölkələrdə mövcuddur?

“Starlink”in interaktiv əhatə dairəsi xəritəsinə baxsaq görərik ki, peyk internet layihəsi Avropa, Şimali və Cənubi Amerika və Avstraliyada, eləcə də Afrikanın kiçik bir hissəsində mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti