...

"Microsoft" sistem tələblərinə cavab verməyən istifadəçilərə "Windows 11" yeniləməsini təklif edib

Gündəm Materials 2 Mart 2023 15:02 (UTC +04:00)
"Microsoft" sistem tələblərinə cavab verməyən istifadəçilərə "Windows 11" yeniləməsini təklif edib
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

"Microsoft" "təsadüfən" sistem tələblərinə cavab verməyən istifadəçilərə "Windows 11" yeniləməsini təklif edib. Sistem tələblərinə cavab verə bilməyən istifadəçilər yeniləməni tamamlaya bilməyiblər.

Trend-in məlumatına görə, 2021-ci ilin oktyabrında istifadəyə verilən "Windows11" , kompüterlərə yeni və müasir interfeys təklif edir. Son bir il yarımda yeniləmə xətaları və proqram təminatı kimi bir çox problem müşahidə edilir.

"Microsoft"-un bu səhvi ilə "Windows 11" üçün sistem tələblərinə cavab verə bilməyən bir çox istifadəçi yeniləmələrini tamamlaya bilməyib. Şirkət də öz səhvini açıqlaması ilə təsdiqləyib və etiraf edib ki, avadanlıq üçün uyğun olmayan bəzi kompüterlər yeniləmələr alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti