...

Bərdədə güclü külək dağıntılar yaradıb (FOTO)

Gündəm Materials 30 Mart 2023 14:30 (UTC +04:00)
Bərdədə güclü külək dağıntılar yaradıb (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bərdə. Trend:

Bərdə rayonunda güclü külək dağıntılar yaradıb.

Trend-in yerli bürosu xəbər verir ki, rayonun bir neçə kəndində fərdi yaşayış evlərinə ciddi ziyan dəyib, habelə, şəhərin bir neçə küçə və prospektində yerləşən hündürmərtəbəli yaşayış binalarının dam örtüyünün bir hissəsini dağıdıb.

Bir neçə saat davam edən güclü külək elektrik təsərrüfatına da ziyan vurub. Elektrik dirəkləri aşıb, xətlər isə qırılıb.

Bundan başqa, şəhərin bir neçə küçəsində irigövdəli ağaclar qırılıb. Qırılmış ağaclar kəsilərək ərazilərdən götürülüb, elektrik xətləri isə bərpa edilir.

Bərdə Rayon İcra Hakimiyyətinin Fövqəladə hallar komissiyasından bildirilib ki, dağıntılarla bağlı araşdırma aparılır, fəsadlar aradan qaldırılır. Qeydiyyat işləri başa çatdıqdan sonra təmir və bərpa işlərinə başlanılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti