...

Sülhməramlılara aid 10 avtomobil Laçın yolundan maneəsiz keçib (FOTO)

Gündəm Materials 8 Aprel 2023 16:40 (UTC +04:00)
Sülhməramlılara aid 10 avtomobil Laçın yolundan maneəsiz keçib (FOTO)

Şuşa. Trend:

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

Trend-in Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Rusiya sülhməramlılarına məxsus 10 maşından ibarət karvan maneəsiz keçid edib. Laçın istiqamətindən gələn karvan yanacaq daşıyan maşınlarından ibarət olub.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 118 gündür davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti