Bakı. Trend:
Şimali Koreya aprelin 13-də ilk dəfə olaraq yeni “Hvason-18” uzunmənzilli bərk yanacaqlı ballistik raketini sınaqdan keçirib.
Trend-in məlumatına görə, bu barədə "Yonhap agentliyi xəbər verib.
Qeyd edilib ki, buraxılışa Şimali Koreya lideri Kim Çen In rəhbərlik edib.
Koreya Mərkəzi Teleqraf Agentliyindən verilən məlumata əsasən, o bildirib ki, yeni ballistik raket KXDR-in əks-hücum nüvə zərbəsi vermək imkanlarını artıracaq.