Bakı. Trend:
Kanadanın https://www.thej.ca xəbər portalında Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanda yaranmış mina böhranına diqqət cəlb edilib.
Trend-in məlumatına görə, məqalədə bilirilib ki, Ermənistanın 1991–2020-ci illəri əhatə etmiş hərbi işğalı dövründə Azərbaycanda kütləvi şəkildə basdırılmış minalar mülki əhali üçün ciddi təhlükə mənbəyi kimi qalmaqdadır. Azərbaycanın Tərtər rayonunda minalardan təmizləmə sahəsində çalışan 3 gəncin 2023-cü il aprelin 28-də növbəti mina partlayışı nəticəsində həlak olduğu buna misal gətirilib.
2020-ci ilin payızında baş vermis 44 günlük Vətən müharibəsinin Ermənistanın işğalına son qoyduğu, cari məlumatlara görə, 147 988 ha ərazinin yüksək çirklənmə, 675 570 ha ərazinin isə orta və aşağı təhlükə zonaları hesab olunduğu, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan sonra Azərbaycanda 168 yerüstü partlayışın baş verməsi nəticəsində 288 nəfərin həlak olduğu, 30 illik işğal dövründə bu rəqəmin 3367 nəfəri əhatə etdiyi, beynəlxalq təzyiqlərə baxmayaraq, 2022-ci ilin avqustunda Azərbaycanın Laçın, Kəlbəcər və Daşkəsən rayonlarında aşkar edilmiş 3166 minanın Ermənistan tərəfindən 2021-ci ildə istehsal olunduğu kimi faktlar diqqətə çatdırılıb.
Azərbaycanın bu problemə baxmayaraq, Ottava Konvensiyasının məqsədini ardıcıl olaraq dəstəklədiyi, onun həyata keçirilməsinə öz töhfəsini verdiyi vurğulanıb. Lakin konvensiyada başqa dövlətlərin ərazisinə mina yerləşdirən ölkənin məsuliyyətinə aydınlıq gətirilməməsi məqamını Azərbaycanın çiddi qüsur adlandırdığı bildirilib: “Azərbaycan hesab edir ki, bu məsuliyyətin nəzərə alınması piyada əleyhinə minalardan istifadənin qadağan edilməsi, təcavüzün qarşısının alınması baxımından vacibdir. Ermənistanın davam edən destruktiv siyasəti və mövqeyi Ottava Konvensiyasının fəlsəfə və məqsədlərinə ziddir, regional təhlükəsizliyə xələl gətirir”.
Məqaləni aşağıdakı linkdən oxumaq mümkündür: