...

“TikTok”da “valideyn nəzarəti” funksiyasını necə aktivləşdirmək olar? (VİDEO)

Gündəm Materials 21 İyun 2023 13:47 (UTC +04:00)
“TikTok”da “valideyn nəzarəti” funksiyasını necə aktivləşdirmək olar? (VİDEO)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Övladınızın "TikTok" hesabında "Valideyn nəzarəti" funksiyasını aktivləşdirməklə övladınızın onlayn təhlükəsizliyini qoruya, onun fəaliyyətlərini idarə edə bilərsiniz.

Trend xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bunu aşağıdakı qaydada işə salmaq mümkündür:

1. “TikTok”u açın və aşağı sağ küncdəki hesab ikonuna toxunun. Tənzimləmələrə daxil olun.

2. Növbəti ekranda “Settings and Privacy” bölməsinə keçid edin.

3. İndi “Family Pairing” bölməsinə daxil olun.

4. Daha sonra “Continue” yazısına toxunun.

5. Öz hesabınızda “Parent (valideyn)” bölməsini seçin.

6. Övladınızın hesabında isə “Teen (yeniyetmə)” bölməsini seçib davam edin.

7. Övladınızın mobil telefonu ilə öz telefonunuzda açılan QR kodu skan edin.

8. Övladınızın “TikTok” hesabı sizin hesabınızla əlaqələndirildi.

9. Hesabın üzərinə toxunmaqla övladınızın hesab fəaliyyətini tənzimləyə bilərsiniz.

Məsələn, övladınızın “TikTok” hesabına ekran vaxtı təyin edə bilərsiniz. Məhdudlaşdırma rejimini aktivləşdirə bilərsiniz. Hesabda axtarış funksiyasını deaktiv edə bilərsiniz. Hesabı gizlin edə bilərsiniz. Yalnız dostlarının mesaj göndərməsini. Yalnız dostlarının şərh bildirməsini təyin edə bilərsiniz. Digər təhlükəsizlik funksiyalarını tənzimləyə bilərsiniz.

Artıq övladınızın “TikTok” hesabından təhlükəsiz istifadəsini rahatlıqla təmin edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti