...

“Microsoft”un sındırıldığı, 30 milyon insanın məlumatının ələ keçirildiyi iddia edilir

Gündəm Materials 5 İyul 2023 12:42 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Anonymous Sudan” adlı haker qrupu “Microsoft”u sındıraraq 30 milyon istifadəçinin məlumatını əldə etdiyini iddia edib.

Trend-in məlumatına görə, bildirilib ki, sözügedən istifadəçi məlumatlarına “Microsoft” hesablarının e-poçt ünvanları və şifrələri daxildir. Qrup ələ keçirdiyini iddia etdiyi məlumatları 50.000 dollara satıb. O, həmçinin sübut kimi 100 hesabdan ibarət nümunə yerləşdirib.

“Microsoft” sözçüsü, sistemlərinin təhlilində məlumat sızmasına dair heç bir dəlil tapa bilmədiklərini paylaşıb. Bu bəyanatdan başqa yeni açıqlama verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti