...

“YouTube”da çoxdan gözlənilən yenilik

Gündəm Materials 20 İyul 2023 13:28 (UTC +04:00)
“YouTube”da çoxdan gözlənilən yenilik
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Youtube” istifadəçilərinə yeni özəllik təqdim edib.

Trend-in məlumatına görə, normalda videoları sürətləndirmək üçün biz “YouTube” videosunun aşağı sağ tərəfində yerləşən parametrlərdən sürəti tənzimləyirdik. Sonra video sürətini 0.25, 0.5, 0.75, 1, 1.25, 1.50, 1.75 və ya 2 olaraq seçirdik. Yəni istəsək videonu sürətləndirə bilərdik, ya da videonun sürətini azalda bilərdik. Ancaq bu proses həm praktiki deyildi, həm də videonun darıxdırıcı hissələrini ötürməyə kömək etmirdi.

Bütün mobil “YouTube” istifadəçiləri bilirlər ki, videoların sağına və ya soluna iki dəfə klikləmək videonu 10 saniyə irəli və ya geri çəkəcək. Bənzər bir birləşmə sürətlənmə üçün gəlir. İndi yeni özəllik ilə mobil və ya planşetdə izlədiyiniz videonun üzərinə sıxıb saxladığınız zaman video 2x sürətində irəliləyəcək. Beləliklə, videoda izləmək istədiyimiz hissəyə asanlıqla keçid edə biləcəyik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti