...

Ermənilərin əsl xislətlərindən biri də ərazilərimizi minalamalarıdır - Mina qurbanı

Gündəm Materials 19 Sentyabr 2023 18:22 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Hər dəfə işğaldan azad edilmiş ərazilərdə mina partlayışı xəbəri eşidəndə minaya düşdüyüm həmin dəhşətli günü xatırlayıram.

Bu barədə Trend-ə minadan zərər çəkmiş Yaquar Hadıyev deyib.

O bildirib ki, 2023-cü il martın 9-da Tərtər rayonunun Çaylı kəndi ərazisində piyada əleyhinə minanın partlayışı nəticəsində sol ayağı amputasiya edilib.

"Ermənilərin əsl xislətlərini göstərən faktlardan biri də ərazilərimizi minalamasıdır. Mina terroru azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasında başlıca əngəldir. Torpaqlar azad ediləndən sonra çox vətəndaşımız minaya düşüb. Mən öz təcrübəmdən çıxış edərək bildirirəm ki, insanlarımız məsuliyyətli davranmağa, icazəsiz səfərlərdən çəkinməyə, təhlükəli və şübhəli ərazilərə daxil olmamağa, rastlaşdıqları naməlum əşyalara toxunmasınlar. Düşmənimiz çox təhlükəlidir. Hər yerdə mina olması təhlükəsi var",- deyə o, qeyd edib.

Qeyd edək ki, 10 noyabr 2020-ci ildən 19 sentyabr 2023-cü ilədək Qarabağ və Şərqi Zəngəzur ərazisində 314 nəfər azərbaycanlı mina partlayışının qurbanı olub. Onlardan 61 nəfəri həlak olub, 253 nəfəri xəsarət alıb. Mina qurbanlarının 149 nəfəri mülki şəxs, 165 nəfəri hərbi qulluqçulardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti