...

İsrail Qəzzada 500-dən çox hədəfi zərərsizləşdirdi

Gündəm Materials 9 Oktyabr 2023 09:35 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İsrail ordusu ötən gecə Qəzza zolağında HƏMAS və “İslami-Cihad” qruplaşmalarının radikallarına məxsus 500-dən çox hədəfi zərərsizləşdirib.

Trend xəbər verir ki, bu barədə məlumatı ordunun mətbuat xidməti yayıb.

Məlumata görə, gecə ərzində İsrail ordusunun qırıcıları və helikopterləri, eləcə də artilleriyası qruplaşmaların 500-dən çox obyektinə zərbələr endirib.

“The Times of Israel” qəzetinin məlumatına görə isə, hazırda İsrailin cənubunda 6 hissədə, Qəzza zolağında sərhəddə radikallarla döyüş davam edir.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı “Dəmir Qılınclar” adlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti