...

Çin dünyanın ən böyük neytrino rəsədxanasının tikintisinə başlayıb

Gündəm Materials 26 Oktyabr 2023 09:38 (UTC +04:00)
Çin dünyanın ən böyük neytrino rəsədxanasının tikintisinə başlayıb
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Çin kosmosun “kabus zərrəcikləri” hesab olunan neytrinoların tədqiqi üçün yeni rəsədxananın tikintisinə start verib.

Bu barədə Trend-ə Nəsrəddin Tusi Adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Sakit okeanın qərb hissəsində, ekvatora yaxın zonada, 3,5 km dərinlikdə qurulması planlaşdırılan rəsədxanaya “TRIDENT” (Tropical Deep-sea Neutrino Telescope) adı verilib. “Nature” jurnalında dərc olunan məqaləyə əsasən, 2030-cu ildə fəaliyyətə başlayacaq rəsədxananın detektorları neytrinoları skan etməklə, sirli kosmik şüalanma mənbələrini təsbit edəcəkdir.

Neytrinolar fotolardan sonra Kainatda ən çox yayılmış subatomik hissəciklər kimi böyük məlumat daşıyıcıları hesab olunur. Bu baxımdan, onların tədqiqi xüsusi əhəmiyyətə malikdir. Geniş yayılmasına baxmayaraq, “kabus zərrəciklər” ləqəbinə uyğun olaraq, neytrinoların elektrik yükünün olmaması və kütləsinin demək olar ki, sıfıra bərabər olması səbəbindən, bu zərrəciklər digər maddələrlə çox çətinliklə qarşılıqlı əlaqəyə girir ki, bu da onları aşkar etməyi çətinləşdirir. Lakin neytrinoları yavaşlatmaqla, fiziklər bəzi hissəciklərin mənşəyini milyardlarla işıq ili uzaqlıqdakı qədim, kataklizmik ulduz partlayışlarına və qalaktik toqquşmalara qədər izləyə bilərlər.

Qeyd edək ki, hazırda dünyanın ən böyük neytrino rəsədxanası Antarktidada yerləşən “IceCube”dur. Lakin Çinin 24000 detektordan ibarət olacaq “TRIDENT” rəsədxanası neytrino hissəciklərini aşkar etmək üçün səmanın daha böyük sahəsini skan edə biləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti