Bakı. Trend:
Xəbər verildiyi kimi iyulun 1-də Gəncə şəhəri ərazisində 1988-ci il təvəllüdlü Şəhla Bayramovanın qəsdən öldürülməsinə cəhd edilməsi faktı ilə bağlı şəhər prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.
Gəncə şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə,
istintaqla 1989-cu il təvəllüdlü Ramil İmanovun şəhərin Məhsəti
qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində şəxsi
münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı keçmiş
arvadı Şəhla Bayramovaya azyaşlı oğlunun gözləri qarşısında bıçaqla
xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr
müəyyən edilib.
Ramil İmanova Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi
amansızlıqla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib
və barəsində həbs qətimkan tədbiri seçilməklə cinayət işi baxılması
üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə
göndərilib.