...

Keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışı davam edir

Gündəm Materials 7 Dekabr 2023 07:14 (UTC +04:00)
Keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışı davam edir
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Keçmiş məcburi köçkünlərin təyinat nöqtəsindən öz yurdlarına qayıdış prosesi davam edir.

Trend-in məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Departasiya Departamentinin direktor müavini Tural Qasımov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, işğaldan azad olunan ərazilərə ilk növbədə respublikamızın müxtəlif ərazilərində, o cümlədən sanatoriya, pansionat və düşərgələrində ağır şəraitdə yaşayan keçmiş məcburi köçkün ailələrinin köçürülmə prosesi həyata keçirilir. Onlara bir gün öncədən əşyaların yığılması üçün yük avtomobili təyin olunur. Əşyalar yığıldıqdan sonra həmin yük avtomobilləri təyinat nöqtəsi olaraq Qobu Park yaşayış kompleksində toplanır və onlara ayrılan minik avtomobilləri ilə birlikdə yola salınır. "Xüsusilə bildirmək istərdim ki, ağır şəraitdə yaşayan və qeyd olunan obyektlərdə yaşayan keçmiş məcburi köçkün ailələri köçürülür", - deyə o qeyd edib.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 333 ailənin, yəni 1186 nəfərin daimi məskunlaşması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti