...

Masazırda qəbiristanlıqda tanışını öldürən şəxsin məhkəməsi başlayır

Gündəm Materials 8 Dekabr 2023 16:30 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verildiyi kimi avqustun 19-da Sumqayıt şəhər sakini Ruslan Məmmədovun qəsdən öldürülməsi faktı üzrə Abşeron rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Abşeron rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, İstintaqla Stanislav Yakuşevin qeyd edilən tarixdə rayonun Masazır kəndi ərazisində yerləşən qəbiristanlığın yaxınlığında istifadəsiz köşkdə Ruslan Məmmədovla spirtli içki qəbul etdikdən sonra aralarında yaranmış mübahisə zamanı sonuncunun baş nayihəsinə daşla vuraraq qəsdən öldürməsi, daha sonra sonuncunun üzərində olan mobil telefonu oğurlamasına əsaslı şübhələr müəyyən edilib.

Stanislav Yakuşevə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə), 177.2.2 (təkrar oğurluq etmə) və digər maddələrilə maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xəbər lenti

Xəbər lenti