...

BVF Ukraynaya 900 milyon dollar həcmində daha bir tranş ayıracaq

Gündəm Materials 12 Dekabr 2023 04:23 (UTC +04:00)
BVF Ukraynaya 900 milyon dollar həcmində daha bir tranş ayıracaq

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraçı Direktorlar Şurası mart ayında təsdiq edilən geniş kreditləşmə mexanizmi çərçivəsində Ukraynaya növbəti 900 milyon dollarlıq tranşın ayrılmasını təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə BVF-nin bəyanatında bildirilib.

"BVF-nin İcraçı Direktorlar Şurası bu gün Ukrayna üçün Təqribən 900 milyon dollar ekvivalentində vəsaitin ayrılmasına imkan verəcək Genişləndirilmiş Kredit Mexanizminin ikinci baxışını başa çatdırıb", - deyə qeyd olunub.

BVF-nin hesablamalarına görə, Kiyevin iqtisadi siyasətinin həyata keçirilməsi “ümumiyyətlə plana uyğun gedir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti