...

Xaçmazda sel suları evlərə doldu - Əraziyə texnikalar cəlb edildi (FOTO)

Gündəm Materials 13 Dekabr 2023 11:38 (UTC +04:00)
Xaçmazda sel suları evlərə doldu - Əraziyə texnikalar cəlb edildi (FOTO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz bir neçə gündür davam edən yağıntılar fəsadlar törədib. Rayonun Tel kəndində küçələri və həyətləri sel suları basıb.

Rayon Fövqəladə Hallar komissiyasından Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Xaçmaz rayonunda yağışın yaratdığı fəsadlar aradan qaldırılır.

"Rayonun Nabran İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyinə daxil olan Tel kəndində dörd evin həyətyanı sahəsinə, Şimali kəndində isə bir neçə küçəyə yağış suları dolub.

Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən əraziyə baxış keçirilib, hazırda xüsusi texnikalar vasitəsi ilə fəsadların aradan qaldırılması istiqamətində iş aparılır", - deyə məlumatda bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti