Xankəndi. Trend:
Azərbaycan Prezidenti İlham Əliyev əsl azərbaycanlı kimi bir siyasəti var. Bizim keçmişimizi geri qaytarmaq istəyir.
Trend xəbər verir ki, bu barədə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.
"Ağdamda "İmarət" stadionunu tikmək istəyirsə, onu yaddan çıxarmaq istəmir. Belə bir dərin düşüncəyə və diqqətə görə təşəkkür edirəm. Stadion hazır olandan sonra böyük məmnuniyyətlə orada oynayarıq və öz üzərimizə düşən vəzifəni yerinə yetirərik", - deyə o əlavə edib.
Qeyd edək ki, bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.Günün ilk matçı Xankəndidə olub. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 30 ildən sonra keçirilən ilk futbol matçı kimi tarixə düşəcək görüş saat 14:00-da başlayıb. Oyun "Qarabağ"ın qələbəsi ilə 1-0 başa çatıb.