...

Şəxsin minaya düşərək xəsarət alması faktı ilə bağlı araşdırma aparılır

Gündəm Materials 26 Dekabr 2023 16:16 (UTC +04:00)
Şəxsin minaya düşərək xəsarət alması faktı ilə bağlı araşdırma aparılır
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Şəxsin minaya düşərək xəsarət alması faktı ilə bağlı araşdırma aparılır.

Baş prokurorluğun Mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 26-da Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlunun mina partlaması nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti