...

Qarabağdakı keçmiş qondarma rejimin "məmur"ları Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çağırılıb

Gündəm Materials 28 Dekabr 2023 13:46 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağdakı keçmiş separatçı rejimin "məmur"ları Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çağrılıb.

Trend xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti məlumat yayıb.

Bildirilib ki, bunların arasında keçmiş qondarma rejimin sabiq "dövlət naziri" Artak Beqlaryan, separatçı rejimin "rəhbərinin keçmiş müşaviri" Vladimir Qriqoryan, "parlamentin vitse-spikeri" Qaqik Baqunts da var.

Xatırladaq ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 19-20 sentyabr tarixlərində bölgədə lokal xarakterli antiterror tədbirləri keçirilib.

Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub.

28 sentyabr 2023-cü il tarixində qondarma rejimin "başçı"sı Samvel Şahramanyan separatçı rejimin 1 yanvar 2024-cü il tarixindən özünü buraxması barədə "sərəncam" imzalayıb.

Xəbər lenti

Xəbər lenti