...

Qəzza zolağında döyüşlər iki aydan çox çəkməyəcək - Netanyahu

Gündəm Materials 11 Mart 2024 01:42 (UTC +04:00)
Qəzza zolağında döyüşlər iki aydan çox çəkməyəcək - Netanyahu

Bakı. Trend:

İsrail ordusu yaxın iki ay ərzində Qəzza zolağında hərbi əməliyyatlarını dayandıracaq.

Trend-in məlumatına görə, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

Onun sözlərinə görə, hərbi əməliyyat iki aydan çox davam etməyəcək.

"Ola bilsin, altı həftə, bəlkə də dörd həftə çəkəcək”, - deyə o əlavə edib.

Baş nazir qeyd edib ki, İsrail Müdafiə Qüvvələri artıq “Həmas qruplaşmasının döyüş terrorçu batalyonlarının” 75%-ni məhv edib. "Biz son hissəyə yaxınlaşırıq", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti