...

Füzuli Uşaq Yaradıcılıq Mərkəzi geniş rezonans doğurdu - “KazAID”in idarə heyətinin sədri

Gündəm Materials 25 Mart 2024 15:18 (UTC +04:00)
Füzuli Uşaq Yaradıcılıq Mərkəzi geniş rezonans doğurdu - “KazAID”in idarə heyətinin sədri
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Astana. Trend:

Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi geniş əks-səda doğurub.

Bunu Astanada xarici jurnalistlər üçün keçirdiyi brifinqdə "KazAID"in idarə heyətinin sədri Arken Arıstanov Trend-in sualını cavablandırarkən bildirib.

"Dövlət başçısının tapşırığı ilə Qarabağda tikintiyə dəstək çərçivəsində özəl şirkətlərimizdən biri olan "BI Group" tərəfindən Füzulidə uşaq yaradıcılıq mərkəzi tikilib. Bu layihə hər iki ölkənin XİN-lərinin dəstəyi ilə həyata keçirilib.

Uşaq mərkəzinin tikintisi ideyası üç il əvvəl Prezident İlham Əliyevlə Prezident Qasım-Jomart Tokayevin görüşü zamanı yaranıb. Nəticədə, “BI Group” şirkəti bu işi başa çatdıra bilib. Layihə geniş rezonans doğurdu və bizə Qırğızıstan, Monqolustan və Afrika İttifaqının digər ölkələrindən çoxlu sayda müraciətlər gəldi. İndi biz bu təcrübəni nəzərdən keçiririk”, - deyə o qeyd edib.

Arıstanovun sözlərinə görə, bu, çox yaxşı layihədir və onu başqa ölkələrdə də həyata keçirmək olar.

"Bunun üçün biz Azərbaycanın Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi və Türkiyənin Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyindəki (TİKA) həmkarlarımızla birgə oxşar proqramların hazırlanması üçün danışıqlar aparmaq istəyirik", - Arıstanov əlavə edib.

İdarə Heyətinin sədri KazAID-in Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi ilə xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti