...

Əhmədin yoxlanılması başa çatıb, gələn ay cavab bilinəcək

Gündəm Materials 27 Mart 2024 14:25 (UTC +04:00)
Əhmədin yoxlanılması başa çatıb, gələn ay cavab bilinəcək
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Ailəsinin 5 üzvünü öldürməkdə təqsirləndirilən Əhməd Əhmədovun psixi xəstə olmasının müəyyənləşdirilməsi və hadisə zamanı anlaqlı olub-olmaması məqsədilə keçirilən tibbi ekspertiza yekunlaşıb.

Trend-in əldə etdiyi məlumata görə, Ə.Əhmədov təcridxanaya geri qaytarılıb.

Ə.Əhmədovun tibbi ekspertizası ilə bağlı rəy gələn ay istintaq orqanına təqdim olunacaq.

Qeyd edək ki, fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub. Onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti