Bakı. Trend:
Neftçalada axund müavini işləyən şəxs narkotiklə tutulub.
Trend xəbər verir ki, aprelin 11-də Neftçala RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, 1983-cü il təvəllüdlü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Neftçala şəhər dindarlarının dini icması məscidinin axund müavini işləyən Salamov Samid Şakir oğlunun üzərindən və yaşadığı evdən külli miqdarda müxtəlif növ narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Samid Salamov şübhəli şəxs qismində tutulub.
XXX
12.04.2024
Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Samid Salamov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, ondan 35 büküm metamfetamin, tiryək, şüşə qabda qablaşdırılmış marixuana, çətənə bitkisinin toxumları, 100-dən artıq narkotik tərkibli həb və bir ədəd elektron tərəzi aşkarlanıb.
Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.