...

Saniyədə 156 trilyon kadr sürəti ilə çəkən kamera yaradılıb

Gündəm Materials 16 Aprel 2024 13:30 (UTC +04:00)
Saniyədə 156 trilyon kadr sürəti ilə çəkən kamera yaradılıb
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Kanadalı tədqiqatçılar hadisələri saniyədə 156 trilyon kadr sürəti ilə çəkə bilən dünyanın ən mükəmməl kamerasını təqdim ediblər.

Bu barədə Trend “Nature Communications” nəşrinə istinadən xəbər verir.

Yeni optik texnologiyaya əsaslanan bu inqilabi inkişaf eyni anda yüzdən çox kadr yaratmaq üçün ultra sürətli lazer impulsundan istifadə edir.

Bunun sayəsində kamera femtosaniyələrdə (saniyənin kvadrilyonda biri) baş verən ultrasürətli hadisələri öyrənmək üçün görünməmiş imkanlar açır.

Bu texnologiyanın potensial tətbiqləri yeni kompüter yaddaşı texnologiyalarının inkişafından tutmuş ultrasəs müalicələrinə qədərdir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti