...

Milli Məclis Aparatının sabiq rəhbəri vəfat etdi

Gündəm Materials 22 İyul 2024 21:53 (UTC +04:00)
Milli Məclis Aparatının sabiq rəhbəri vəfat etdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyev vəfat edib.

Trend-in məlumatına görə, bu barədə onun yaxınlarında məlumat verilib.

O, uzun sürən xəstəlikdən sonra biraz əvvəl dünyasını dəyişib.

Səfa Mirzəyev 1952-ci il mayın 12-də anadan olub.

Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1978–1990-cı illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dekan müavini və dosent vəzifələrində çalışıb. Hüquq üzrə fəlsəfə doktorudur. 1990–1992-ci illərdə SSRİ Konstitusiya Nəzarəti Komitəsində komitə üzvü kimi fəaliyyət göstərib. 1992-ci ildən Milli Məclis Aparatında işləyir. Ali Sovet Katibliyinin hüquq təminatı və nəzarəti şöbəsinin müdiri, katibliyin rəisi, baş katibi, Milli Məclis Katibliyinin rəhbəri olub. 6 fevral 1997-ci ildən Milli Məclis Aparatının rəhbəri idi.

1995-ci ildə Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın üzvü olmuşdur.11 may 2012-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir. 11 may 2022-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti