Bakı. Trend:
"Nizami" stansiyasında texniki nasazlıq səbəbilə sərnişinlər düşürülməklə qatar "Nərimanov" elektrik deposuna göndərilib.
Bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.
"Nəticədə, bu, "Nizami-Dərnəgül" sahəsində iki qatar arasında interval pozulmasına səbəb olub. Digər sahələrdə qatarlar arasında normal interval fərqi təmin edilib.
Xəttə dərhal ehtiyat qatar buraxılıb", - deyə məlumatda qeyd olunub.