...

Altı ayda cinayət işləri üzrə 56 milyon manatadək maddi ziyan vurulub

Gündəm Materials 24 İyul 2025 16:05 (UTC +04:00)
Altı ayda cinayət işləri üzrə 56 milyon manatadək maddi ziyan vurulub
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri və tamamlanmış araşdırma materialları üzrə ümumilikdə 55 783 000 manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilib.

Trend xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə videokonfrans rejimində Azərbaycan Respublikasının Prokurorluğu orqanları tərəfindən 2025-ci ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə və digər sahələrdə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan Geniş Kollegiya iclasında məlumat verilib.

Məlumata görə, istintaq tədbirləri ilə onun 37,7 faizinin, yəni 21 026 000 manat hissəsinin ödənilməsinə nail olunub, habelə 13 788 000 manat məbləğində əmlak üzərinə həbs qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti